featured-image-31920

Kriştiano Ronaldo Portuqaliya millisindəki karyerasından danışıb. Msport.az “Goal.com”a istinadən xəbər verir ki, ulduz futbolçu bu gün İslandiya ilə matçda yığmada 200-cü oyununu keçirə bilər:

“Nə qədər ki, federasiya prezidenti, baş məşqçi əmindirlər ki, bu səviyyədə oynaya bilirəm, millidə qalacam. Heç vaxt yığmaya gəlməkdən usanmaram, çünki bu mənim arzumdur. Milli komandanı təmsil etmək karyeranmın zirvəsidir. Mən oynamaq, öz ailəmi, dostlarımı, portuqaliyalıları sevindirmək istəyirəm.

Daha böyük uğurlara nail olmağa ümid edirəm? Əlbəttə, məhz onun üçün burdayam. Buna görə işləməkdə davam edirəm. Düşünürəm ki, məndə hələ çox şey yaxşı alınır, qollar vururam, yaxşı nəticələr göstərirəm, kömək edirəm.

Nə qədər ki, motivasiyam var və ətrafdakılara mənim liderliyim xoş gəlir, millidən imtina etməyəcəm. Brunu Alveş demişkən, “öz yerimi havayı verməyəcəm”. Bu uzun yol idi, ümid edirəm ki, tezliklə yekunlaşmayacaq”.

ANAR

 

Bənzər xəbərlər