"Nə vaxtsa "Santos"a qayıdacam" - Neymar
PSJ-nin hücumçusu Neymar doğma komandası “Santos”un oyunu izləyib. Msport.az xəbər verir ki, Braziliya millisinin üzvü söz verib ki, nə vaxtsa gəlib “Santos”da çıxış edəcək:
“Təxminən 10 ildən sonra evə qayıtmaq necə də xoşdur. Təəssüf ki, heç-heçə oldu, mən qələbə istəyirdim. Gəlmişdim “Santos”a dəstək olum. Azarkeşlərin sevgisini görmək çox xoş idi. Bu klub qapılarını mənim üzümə açıb və məni dünyaya tanıdıb. Bura qayıtmağı arzulayıram. Nə vaxtsa bunu edəcəm”.
Qeyd edək ki, Neymar peşəkar karyerasına “Santos” klubunda başlayıb.
O, ağır zədədən sonra bərpa olunur. Hazırda Braziliyada olan futbolçu aprelin sonlarında PSJ-nin düşərgəsinə qayıtmalıdır.
ANAR







