featured-image-24917

“Real”ın hücumçusu Kərim Benzema Fransa millisinin baş məşqçisi Didye Deşamın açıqlamasına reaksiya verib.

Msport.az xəbər verir ki, Deşam futbolçunun dünya çempionatı vaxtı düşərgədən getməyə məcbur olduğunu deyib.

Onun sözlərinə görə, DÇ-2022-dən əvvəl aldığı zədə səbəbindən Benzema məşqlərə dekabrın 10-dan tez başlaya bilməzmiş.

Deşamın müsahibəsini “İnstaqram”da paylaşan hücumçu “Necə də həyasızlıq” yazıb.

Bundan başqa, Benzema tez-tez “yalançı” sözünü təkrar edən adamın videosunu paylaşıb. O, videonun altına “Müqəddəs Didye” yazaraq məşqçini məsxərəyə qoyub.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər