featured-image-74484

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Turan Tovuz” səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, Tovuz klubunun baş məşqçisi Kurban Berdiyev oyun barədə fikirlərini bölüşüb.

“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Eyni zamanda bugünkü rəqibimizi Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanması münasibəti ilə də təbrik edirəm Bu, Azərbaycan futbolunun uğurudur.

Oyuna gəlincə, nəticə bizi məyus edir. Birinci hissədə meydanda istədiklərimizi reallaşdıra bilmədik. Lakin fasilədən sonra komanda daha  yaxşı təsir bağışladı. İkinci yarıdakı oyundan tam olmasa da, müəyyən qədər razı qaldım.”

Baş məşqçi buraxılan qol zamanı VAR sisteminin işinə iradını bildirib, lakin bunun məğlubiyyətə haqq qazandırmadığını qeyd edib:

“Etirazımız oyundan kənar vəziyyətlə bağlı idi. Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi. Hər matçda göstərirdi, bu matçda göstərmədi. Amma bu, məğlub olduğumuza görə bəhanə deyil”.

K.Berdiyev həmçinin komandanın doğma stadionunun hazır olmamasının oyuna təsir etdiyini etiraf edib:

“Təbii ki, təsir edir. Öz meydançamız hazır olanda, azarkeşlərimizlə birgə daha yaxşı nəticə verə bilərik”.

 

Bənzər xəbərlər