featured-image-35182

Türkiyə mətbuatı “Beşiktaş”ın bu gün Bakıda “Neftçi”yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının ilk oyunu üçün mümkün start heyətini açıqlayıb.

Msport.az “TRT Spor”a istinadən xəbər verir ki, “Neftçi Arena”dakı matçda “qara qartallar”ın qapıçısı Mert Günok qoruyacaq.

Müdafiə xəttində Valenten Rozye, Daniel Emerti, Omar Kolli və Umut Meraş çıxış edəcək.

Baş məşqçi Şenol Güneş yarımmüdafiədə Salih Uçan, Amir Haciahmetoviç, Onur Bulut, Cekson Muleka və Gedson Fernandeşə şans verəcək.

Hücumun sivri ucunda isə Vensan Abubakar yer alacaq.

Qeyd edək ki, bu gün keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Bənzər xəbərlər