"Neftçi"də iki ciddi itki
“Neftçi” “Turan Tovuz”la oyuna ciddi itkilərlə çıxıb.
Msport.az xəbər verir ki, “ağ-qaralar”ın iki aparıcı futbolçusu Eddi İsrafilov və Azər Əliyev zədəlidir. Eddi “Qarabağ”la oyunda (1:3) 90 dəqiqə meydanda olub qol vursa da, sonradan ayağında ağrılar hiss edib.
Azər Əliyev isə son məşqdə zədələnib. Onun hansı müddət yaşıl meydanlardan kənarda qalacağı hələ ki bəlli deyil.
Hər iki futbolçu hazırda davam edən “Turan Tovuz”la qarşılaşmada heyətdə yoxdur.