“Neftçi”dən antirekord
“Neftçi” tarixinin antirekorduna imza atıb.
Msport.az xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib.
Bu, Premyer Liqanın cari mövsümündə gerçəkləşib. VII turda “Qarabağ”a 0:4 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri startdakı yeddi oyunda qələbə qazanmayıb.
“Ağ-qaralar”ın bunadək mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/18 mövsümünə təsadüf edib. Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən paytaxt təmsilçisi seriyasını 7-ci cəhddə qırıb.
Qeyd edək ki, “Neftçi” 7 turdan sonra 4 xal toplayıb.