"Neftçi"dən getdi, fransızların "radar"ına düşdü
Cari mövsümün əvvəlində “Neftçi”ni Serbiya “Partizan”ına dəyişən Mateus Saldanya karyerasını Fransada davam etdirə bilər.
Msport.az xəbər verir ki, braziliyalı hücumçu “Lill” və “Tuluza” klublarının maraq dairəsinə düşüb.
Hətta ikincilərin 26 yaşlı forvard üçün Belqrad təmsilçisinə rəsmi təklif göndərdiyi iddia olunur.
Qeyd edək ki, “Neftçi” Mateus Saldanyanı bu ilin yanvarında Yaponiyanın “CEF Yunayted” klubundan birillik icarəyə götürmüşdü.