"Neftçi" ilə oyunu gözləyirik"
“Çox maraqlı turnir olacaq. Azərbaycan, Türkiyə və Serbiya çempionatlarının liderləri bura gələcəklər”.
Msport.az xəbər verir ki, bunu “Zenit”in hücumçusu İvan Sergeyev Sankt-Peterburqda keçiriləcək “Matç TV” turniri barədə Rusiya mətbuatına açıqlamasında deyib.
O, turnir çərçivəsində üz-üzə gələcəkləri “Neftçi”, “Fənərbağça” və “Srvena Zvezda” barədə müsbət fikirlər səsləndirib: “Yaxşı sparrinq olacaq. Əcnəbi komandalarla duellərdə özümüzü sınayacağıq. Artıq “Srvena Zvezda” və “Fənərbağça” ilə oynamışıq, indi “Neftçi” ilə görüşü gözləyirik. Düşünürəm ki, “Qazprom Arena”ya çoxlu azarkeş gələcək. Həm hava yaxşıdı, həm də ötənilki kimi Rusiya komandaları yox, xarici rəqiblər olacaq. Qalib gəlməyə və markanı qorumağa çalışacağıq”.
Qeyd edək ki, “Neftçi” “Matç TV” turniri çərçivəsində iyulun 1-də “Zenit”lə, 8-də “Srvena Zvezda” ilə, 15-də isə “Fənərbağça” ilə üz-üzə gələcək.







