"Neftçi"nin baş məşqçisindən xanımına bahalı hədiyyə
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Milad bayramı ilə bağlı həyat yoldaşı Regina Korina Kaçuk bahalı hədiyyə bağışlayıb.
Msport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis xanımına Elizabetta Franki brendinə məxsus paltar alıb. Geyim dəstinin qiyməti isə təqribən 2 000 avrodur.
Regekampf və Kaçuk 1,5 ildir rəsmi münasibətdədirlər. Onların bu evlilikdən bir övladı var.
Qeyd edək ki, Laurentsiu Regekampf cari mövsümün əvvəlində “Neftçi” ilə 2 illlik müqavilə bağlayıb.