“Neftçi”nin futbolçusu Fələstin millisində
“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin milli komandasına dəvət alıb.
Msport.az “ağ-qaralar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi yığmanın heyətində dünya çempionatının seçmə mərhələ oyunlarında iştirak edə bilər.
Fələstin millisi noyabrın 16-da BƏƏ-də Livan, ayın 21-də isə Küveytdə Avstraliya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, Caber Fələstin milli komandasının heyətində 4 oyun keçirib.