featured-image-48765

“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin milli komandasının düşərgəsinə çağırılıb.

Msport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti paylaşım edib.

29 yaşlı yarımmüdafiəçi Livan və Avstraliya yığmalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün komandaya cəlb edilib.

Qeyd edək ki, Fələstin iyunun 6-da Livanla, beş gün sonra Avstraliya ilə üz-üzə gələcək. Daha əvvəl “Neftçi”dən Alfa Konte Syerra Leone millisinə dəvət alıb.

Bənzər xəbərlər