featured-image-19640

“Neftçi”nin futbolçusu Gilyerme Pato karyerasını Kipr çempionatında davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə sportime.sigmalive.com məlumat yayıb. Bildirilir ki, ölkənin bir neçə klubu 21 yaşlı vingeri heyətinə qatmaq istəyir.  Azərbaycan təmsilçisinin braziliyalı oyunçu ilə 2024-cü ilin yayınadək müqaviləsi olduğu üçün “Neftçi” futbolçunu bu qış icarəyə verməyi planlaşdırır.

Qeyd edək ki, Gilyerme Pato bu ilin yanvarından “Neftçi”də çıxış edir. O, cari mövsümdə Azərbaycan Premyer Liqasında 12 oyunda 1 qol vurub.

Bənzər xəbərlər