featured-image-84492

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının X turunun oyunlarındakı mübahisəli epizodları şərh edib.

Msport.az xəbər verir ki, qurum rəsmisi “Kəpəz” – “İmişli” matçında baş hakimin səhv qərar verdiyini söyləyib.

Həsənovun sözlərinə görə, “İmişli”nin qolu qaydalar çərçivəsində vurulsa da, qeydə alınmayıb.

Bundan əlavə, sədr “Sumqayıt” – “Şəfa” qarşılaşmasında meydan sahiblərinin oyunçusu İsa Sulimanın təsadüf nəticəsində topa əllə toxunduğunu bildirib.

Bənzər xəbərlər