featured-image-84485

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinə çağırılıb.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə əsas yığmaya dəvət alıb.

Millinin baş məşqçisi Andrea Maldere UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyunları üçün açıqlanan 25 nəfərlik heyətə Kaşuku da əlavə edib. Komanda noyabrın 14-də səfərdə Şimali İrlandiya, 17-də isə Gürcüstanla qarşılaşacaq.

Qeyd edək ki, Aleksey Kaşuk bu mövsüm “Qarabağ”ın heyətində 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl Ukraynanın U-17, U-19, U-20, U-21 və U-23 millilərində çıxış edib.

Bənzər xəbərlər