featured-image-20336

Neftçi”nin futbolçusu millinin uğursuz çıxışının səbəbini açıqladı

“Bu suala cavab vermək asan deyil. Bəlkə də bu, kəskin nəsil dəyişikliyi ilə bağlıdır”.

Msport.az xəbər verir ki, bunun “Neftçi”nin futbolçusu Yeqor Boqomolski Belarus millisinin 2022-ci ildəki uğursuz çıxışı barədə danışarkən deyib.

23 yaşlı hücumçu bildirib ki, zəif nəticələrin səbəblərindən biri də futbolçuların özünə inanmamasıdır: “Digər amil isə evdə yox, daim başqa ölkələrdə oynamağımızdır. Nəticədə ya boş tribunalar, ya da rəqibin azarkeşləri qarşısında mübarizə aparırıq”.

Qeyd edək ki, “Neftçi”yə ötən ilin yayında Belarusun “Minsk” klubundan keçən Yeqor Boqomolski cari mövsüm Premyer Liqada 14 oyuna 2 qol vurub

Bənzər xəbərlər