featured-image-35589

Rumıniyanın “Farul” klubunun hücumçusu Denis Alibek karyerasını Qətərdə davam etdirəcək.

Msport.az xəbər verir ki, “Neftçi”nin də transfer siyahısında yer alan 32 yaşlı forvard “Muayter”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Rumıniya mətbuatı “Neftçi”nin Denis Alibekə aylıq 50 min avro çmaaş təklif etdiyi barədə məlumat yaymışdı.

Bənzər xəbərlər