“Neftçi”nin legionerinin ayağına tikiş qoyuldu
“Neftçi”nin futbolçusu Freddi Varqasın ayağına tikiş qoyulub.
Msport.az xəbər verir ki, Premyer Liqanın XVIII turunda “Araz-Naxçıvan”la oyunda zədələnən venesuelalı yarımmüdafiəçinin durumuna aydınlıq gəlib.
Zərbə nəticəsində Freddi Varqasın ayağında dəri qatı cırıdlığına görə 7 tikiş qoyulub. Bu həftə fərdi məşqlərə başlayacaq. Növbəti həftədən isə komanda ilə birgə məşqlərdə iştirak edəcək. Varqas sarı vərəqə limitini doldurduğu üçün növbəti turun oyununu buraxacaq.
Qeyd edək ki, “Neftçi” “Araz-Naxçıvan”ı dörd cavabsız qolla məğlub edib. Bakı klub XIX turda “Qəbələ”ni qəbul edəcək. Report







