featured-image-32066

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi Minsk “Dinamo”su Xojimat Erkinovu heyətinə cəlb etmək istəyir.

Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Belarus klubu 20 yaşlı özbəkistanlı gənc-istedadla maraqlanır. Yarımmüdafiəçinin Moskva “Torpedo”su ilə müqaviləsi başa çatıb və o, gələcək karyerası ilə bağlı qərar qəbul etməyib.

Erkinov ötən mövsüm Rusiya Premyer Liqasında 20 oyunda meydana çıxıb, 1 məhsuldar ötürmə verib. “Torpedo” mövsümün yekunlarına əsasən, aşağı liqaya düşüb.

Minsk “Dinamo”su ilə yanaşı, futbolçu ilə “Paxtakor” və “Novbahor”da maraqlanır.

“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk) cütünün qalibi ilə qarşılaşacaq.

ANAR 

Bənzər xəbərlər