“Neftçi”nin rəqibi isveçli hücumçu transfer etdi
“Neftçi”nin UEFA Konfrans Liqasının II mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az Kipr klubunun rəsmi saytına istinadən xəbər verir ki, isveçli Leo Beqssonla 3 illik müqavilə bağlayıb.
24 yaşlı futbolçu hücumun sol cinahında oynayır. Onun son komandası İsveç təmsilçisi “Xaken” olub. Beqsson bu klubda 2,5 il çıxış edib.
Hücumçu “Xaken”dən əvvəl Danimarkanın “Hammarbü” klubunda forma geyinib. O, İsveçin U-21 yığmasında da oynayıb.