"Neftçi"nin sabiq baş məşqçisi Rumıniya klubunda
“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin ÇFR-in sükanı arxasına keçir.
Msport.az “prosport.ro” saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandanı çalışdırmağa əsas namizədlərdən biridir.
Kluj-Napoka təmsilçisi hazırda danışıqlar apardığı Mirça Luçesku ilə anlaşa bilməsə, “Şerif”in baş məşqçisi ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, Roberto Bordin ötən mövsüm “Şerif”ə Moldova çempionluğunu qazandırıb.







