“Neftçi”nin sabiq baş məşqçisi Türkiyədə işləyə bilər
“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, Superliqadan 2 klub mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubların adları açıqlanmayıb.
Mutu 2023-cü ilin yayından dekabrına kimi “Neftçi”yə rəhbərlik edib.