featured-image-20184

Moldova “Şerif”inin yeni baş məşqçisi bəlli olub.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Roberto Bordin təyin edilib. İtaliyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

58 yaşlı baş məşqçi Tiraspol təmsilçisinin sükanı arxasında Stepan Toması əvəzləyib.

Qeyd edək ki, Roberto Bordin 2017-2018-ci illərdə də “Şerif”ə rəhbərlik edib. O, 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub.

Bənzər xəbərlər