“Neftçi”nin sabiq baş məşqçisi yubiley oyununa gedə bilmir
“Zenit”in keçmiş baş məşqçisi Vlastimil Petrjela Sankt-Peterburq klubunun 100 illik yubileyini qeyd etmək üçün Rusiyaya gəlməyəcək.
Msport.az xəbər verir ki, bu barədə çexiyalı mütəxəssisin özü açıqlama verib.
“Təəssüf ki, davam edən hərbi əməliyyatlara görə “Zenit”in yüz illiyinə gələ bilməyəcəyəm. Hər şey qadağandır. Bu, çox üzücüdür. Sankt-Peterburqda çoxlu dostlarım var və onları görə bilməyəcəyimi düşünmək məni məyus edir”.
Qeyd edək ki, Petrjela 2003-2006-cı illərdə “Zenit”də çalışıb. O, 2007-2008 mövsümündə isə “Neftçi”nin baş məşqçisi olub.