"Neftçi"nin sabiq futbolçusu Kiprdə növbəti qolunu vurdu
“Neftçi”nin sabiq yarımmüdafiəçisi Mamadu Kane Kipr çempionatında növbəti qolunu vurub.
Msport.az xəbər verir ki, “Pafos” klubunda icarə əsasında çıxış edən qvineyalı futbolçu “AEK Larnaka” ilə görüşdə komandasının sonuncu – 4-cü qolunu vurub. “Pafos” öz meydanında 4:0 hesabı ilə qələbə qazanıb.
Bu Kanenin Kipr çempionatında cari mövsümdə 3-cü qolu olub.
Qeyd edək ki, “Olimpiakos” 26 yaşlı oyunçunu mövsümün əvvəlində “Pafos”a icarəyə verib.
“Pafos” “altılıq” sistemi ilə keçirilən Kipr çempionatında 55 xalla 4-cü yeri tutur. Turnir cədvəlinə 63 xala malik “Aris” başçılıq edir.
AYXAN







