featured-image-26806

Latviya çempionatında 3-cü turun oyunları keçirilir. Msport.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin şərəfini qoruduğu “Dauqavpils” öz meydanında “Super Nova”nı qəbul edib.

Həmyerlilərimizin komandası oyundan böyük hesablı qələbə ilə ayrılıb – 3:0. Bu “Dauqavpils”in cari mövsümdə ilk qalibiyyəti olub.

Start heyətində meydana çıxan Ramin ilk qolda məhsuldar ötürmə verib. 77-ci dəqiqədə isə o, özü qol vurub. Nəsirli 89-cu dəqiqədə əvəzlənib. Nazim isə matçın sonlarında oyuna daxil olub.

Qeyd edək ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

ANAR

Bənzər xəbərlər