“Neftçi”nin sabiq futbolçusu “Legiya”ya qol vurdu
“Neftçi”nin sabiq futbolçusu, hazırda “Tobol”da çıxış edən Mamadu Mboc Qazaxıstanda Polşa “Legiya”sına qarşı keçirdikləri UEFA Konfrans Liqasının ilk oyununda qol vurub.
Msport.az saytının məlumatına görə, 48-ci dəqiqədə fərqlənən seneqallı müdafiəçi komandasının 2-ci qolunun müəllifi olub.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mamadu Mboc 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb. O, 2021/2022 mövsümündə Azərbaycan çempionu olub.







