featured-image-18059

“Nefçi”nin sabiq futbolçusu Keysuke Honda Yaponiya millisinə dəstək olub.

Msport.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Qətərə yollanaraq Yaponiya – İspaniya matçını (2:1) stadiondan izləyib. Honda bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Qeyd edək ki, Yaponiya bu qələbə sayəsində E qrupunda 1-ci yeri tutub və 1\8 finalda Xorvatiya ilə qarşılaşacaq.

Honda 2021-ci ildə “Neftçi”də çıxış edib və paytaxt klubunda Azərbaycan çempionu olub.

Bənzər xəbərlər