“Neftçi”nin sabiq prezidentinə növbəti təyinat
“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq təyinat alıb.
Msport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət AVRO-2025-in seçmə mərhələsində keçiriləcək Bolqarıstan – Kosovo matçında UEFA nümayəndəsi olacaq.
Oktyabrın 17-də Sofiyada reallaşacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.