"Neftçi"nin yeni transferi Bakıda
“Neftçi”nin yeni transferi Lukas Melano artıq Bakıdadır.
Msport.az xəbər verir ki, futbolçu bu gün tibbi baxışdan keçəcək.
30 yaşlı argentinalı hücumçu ilə 1+1 illik müqavilə bağlanacaq. Tərəflər arasında ilkin müqavilə bağlansa da, detallar bu gün dəqiqləşəcək. Forvardın “16” nömrəli formanı seçəcəyi gözlənilir.
Əldə etdiyimiz məlumata görə, Melanonun adı qısa müddətdə PFL-ə təqdim ediləcək və onun “Araz-Naxçıvan”la matçda iştirak edəcəyi gözlənilir.