“Neftçi” oyunu öncəsi “Beşiktaş”a şad xəbər
“Beşiktaş”ın 2 zədəli futbolçusu heyətə qayıdıb.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi Raşid Gezzal və hücumçu Cenk Tosun bu gündən kollektivlə birlikdə məşqlərdə iştirak edəcəklər. Hər iki oyunçunun da UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi”yə qarşı matçın heyətində ola biləcəkləri vurğulanıb.
Qeyd edək ki, “Beşiktaş”la “Neftçi” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da keçiriləcək.







