“Neftçi” oyunu öncəsi “Beşiktaş” ulduz futbolçusunu itirə bilər
“Beşiktaş” aparıcı futbolçusu Getson Fernandesi sata bilər.
Msport.az xəbər verir ki, İstanbul klubunun üzvü üçün Fransa “Monako”su danışıqlara başlayıb. “Qara qartal” portuqaliyalının keçidi qarşılığında Knyazlıq komandasından 50 milyon avro tələb edib.
Qeyd edək ki, “Beşiktaş” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq. Tərəflər arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da keçiriləcək.







