"Neftçi" Regekampf üçün nə qədər təzminat istəyir?
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf üçün Rumıniyanın “Universitatya Krayova” klubundan istidiyi təzminat bəlli olub.
Msport.az “prosport.ro” saytına istinadən xəbər verir ki, “ağ-qaralar” rumıniyalı mütəxəssisi sabiq klubuna buraxmaq üçün 150 000 min avro tələb edir.
Krayova təmsilçisinin prezidenti Mixai Rotaru sözügedən məbləği ödəməyə razı olsa, təyinat yaxın günlərdə rəsmiləşə bilər.
Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, 2010 və 2011-ci illərdə “Universitatya Krayova”ya rəhbərlik edib.







