“Neftçi” “Sabah”a qarşı
Milli komandaların oyunlarına görə Azərbaycan Premyer Liqasında yaranmış 19 günlük fasilə bu gün başa çatır.
Msport.az xəbər verir ki, oyunlar 7-ci turun matçları ilə bərpa olunur.
Bu gün iki qarşılaşma keçiriləcək. “Araz-Naxçıvan” ukraynalı yeni baş məşqçisi Yuri Maksimovun rəhbərliyi altında ilk görüşünə çıxacaq. Onlar “Kəpəz”in qəbul edəcəklər.
Günün ikinci matçında isə mərkəzi oyun keçiriləcək. Turnir cədvəlinin liderləri “Neftçi” ilə “Sabah” üz-üzə gələcək.
9 oktyabr (cümə)
16:00. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov Rəvan Həmzəzadə (VAR,
Şirmamed Mamedov (AVAR)
Şamaxı şəhər stadionu
19:30. “Neftçi” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev, Kamal Umudlu (VAR), Teymur Teymurov (AVAR)
“Palms Sports Arena”
10 oktyabr (şənbə)
17:00. “Zirə” – “Şamaxı”
19:30. “Sumqayıt” – “Qəbələ”
11 oktyabr (bazar)
16:00. “İmişli” – “Qarabağ”
18:30. “Şəfa” – “Turan Tovuz”







