Debütündə 100 illik antirekordu təkrarladı
“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino komandanın sükanı arxasında uğursuz debüt edib.
Msport.az xəbər verir ki, argentinalı mütəxəssisin rəhbərliyi altında ilk oyununa çıxan Mançester təmsilçisi İngiltərə Premyer Liqasının 11-ci turunda səfərdə “Liverpul”a 0:4 hesabı ilə uduzub.
Poçettino bununla da “Mançester Yunayted” tarixində debüt matçında ən böyük hesablı məğlubiyyətə uğrayan baş məşqçilərin antirekordunu təkrarlayıb. Daha əvvəl belə nəticə 1926-cı ilin oktyabrında qeydə alınmışdı. Həmin vaxt Lal Hildiçin rəhbərliyi altında ilk oyununu keçirən “Mançester Yunayted” İngiltərə çempionatında “Bolton”a 0:4 hesabı ilə məğlub olmuşdu.
Qeyd edək ki, 11 turdan sonra “Mançester Yunayted” 8 xalla turnir cədvəlində 19-cu, “Liverpul” isə 21 xalla 4-cü yerdə qərarlaşıb.







