"Neftçi" Sankt-Peterburqda ilk məşqini keçirib - FOTO
“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.
Msport.az xəbər verir ki, “ağ-qaralar” Vadar Nuriyev və İqor Getman rəhbərliyi altında Rusiyanın Sankt-Peterburq şəhərində axşam məşqinə çıxıb.
Qeyd edək ki, iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq “Matç TV Kuboku”nda iştirak edəcək “Neftçi” turnir çərçivəsində iyulun 1-i “Zenit”, 8-i “Srvena Zvezda”, 15-i isə “Fənərbaxça” klubu ilə qarşılaşacaq.








