featured-image-79965

Neftçi” Sloveniyada keçirilən təlim-məşq toplanışında ikinci yoxlama oyununa çıxıb.

Msport.az xəbər verir ki, “ağ-qaralar ” Yuri Serbiya “Partizan”ı ilə üz-üzə gəlib. Matç Belqrad klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 47-ci dəqiqədə Erik Kojzek vurub. Matçın 57-ci dəqiqəsində Bassala Sambu ilə rəqib futbolçu Stefan Miliç əlbəyaxa olduqları üçün hər ikisinə qırmızı vərəqə göstərilib və onları komanda yoldaşları əvəzləyib.

“Partizan” klubunun baş məşqçisi “Sumqayıt”dan ayrılan Saşa İliçdir.

Qeyd edək ki,“ağ-qaralar” ayın 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) klubları ilə üz-üzə gələcək.

Paytaxt təmsilçisi ilk yoxlama oyununda Rumıniya “ÇFR Kluj”una 1:2 hesabı ilə uduzub.

Bənzər xəbərlər