"Neftçi" "Sumqayıt"dan daha bir futbolçu transfer etdi - RƏSMİ
“Neftçi” bu gün ikinci trnsferini açıqlayıb. Msport.az xəbər verir ki, paytaxt klubu Murad Xaçayevdən sonra Elvin Bədəlovla müqavilə bağlayıb.
30 yaşlı müdafiəçi ilə anlaşmanın müddəti 2 ildir. Milli komandamıza da cəlb olunan Bədəlov 2014-2017-ci illərdə “Neftçi”nin şərəfini qoruyub.
O, son olaraq (2019-2025) “Sumqayıt”ın formasını geyinib. Bədəlov “Sumqayıt”da “Neftçi”nin hazırki baş məşqçisi Samir Abasovla birgə işləyib.