featured-image-29768

Lamek Banda bu mövsüm İtaliya A seriyasında qalmaq uğrunda mübarizə aparan “Leççe”nin əsas oyunçusuna çevrildi. Dünən onun komandası “Olimpiko”da “Latsio” ilə bərabərə qalaraq (1:1) çox vacib 1 xal qazandı.

22 yaşlı zambiyalı futbolçu 4 il öncə 18 yaşı olarkən Tula “Arsenal”nın heyətində Bakıya gəlmiş və “Neftçi”nin 3:0 hesabı ilə qələbə qazandığı matçda forma geyinmişdi.  Gənc vinger həmin vaxt Rusiyadakı matçda da meydana çıxmışdı. Xatırladaq ki, “ağ-qaralar” səfərdə Dario Federikonun qolu ilə 1:0 hesabı ilə qələbə qazanmışdılar.

Bandaya gəlincə isə, o sonradan “Arsenal”da möhkəmlənə bilmədi və əvvəlcə “Makkabi Netanya”ya daha sonra isə “Makkabi Petax-Tikva”ya icarəyə getdi. İsrail klubunda 33 oyuna 8 qol vurduqdan sonra o, “Leççe”nin diqqətini cəlb edir. A seriyasına yüksələn “Leççe” yarımmüdafiəçi ilə müqavilə bağlayır. Banda bu mövsüm A seriyasında 34 oyunda 1 qol vurub.

AYXAN

 

media-cd82563f85

Bənzər xəbərlər