featured-image-36692

“Neftçi”nin yeni transferi Reziuan Mirzov klubun televiziyasına müsahibə verib.

Msport.az xəbər verir ki, rusiyalı yarımmüdafiəçi paytaxt klubunda səmimi qarşılandığını bildirib: “Buna görə təşəkkür edirəm. Bu keçid gözlənilməz və sürətli oldu. Klub həqiqətən, mənimlə maraqlanırdı. Rəhbərlik bu keçidi tez bir zamanda həll etmək üçün demək olar, hər şeyi etdi. Düzünü desəm, əvvəlki klubumla müqaviləm başa çatdığı üçün özümü Rusiyada deyil, xaricdə sınamaq qərarına gəldim. Rusiyada 10 il yaxşı səviyyədə oynamışam. Ona görə düşündüm ki, indi deyilsə, nə vaxt? Qərar verdim ki, buraya gəlməliyəm”.

Mirzov “Neftçi”dən təklif gələndən sonra heç kimlə məsləhətləşmədiyini deyib: “Çox xoş təəssüratlarım var. Çünki “Neftçi” tarixi ənənələrə malik böyük klubdur. Dərhal qərar verdim ki, buraya gəlməliyəm. Açığı, “Neftçi”yə keçməklə bağlı heç kimlə məsləhətləşməmişəm. “Spartak”da olan Avstriyadakı təlim-məşq toplanışında “Neftçi” ilə oynamışdıq. Elə orada Emin Mahmudovla “Neftçi” haqda danışmışdıq. Solomon Kverkeliya da sizdə oynayırdı. Onu az tanıyıram, komanda haqda bir az danışmışdı. Prinsipcə, hər bir halda buraya gəlmək mənim üçün prioritet idi”.

Reziuan Mirzov “Neftçi”də onun mövqeyində olan rəqabətdən çəkinmədiyini qeyd edib6 “Rəqabət səni artırmağa və inkişaf etməyə vadar edir. Bütün komandalarda rəqabət var. Düşünürəm ki, bu yaxşı haldır. Sadəcə özünü sübut etmək və işləmək lazımdır. Bütün azarkeşlərə və özümüzə arzu edirəm ki, klub rəhbərliyinin qarşımıza qoyduğu tapşırıqları yerinə yetirək. Komandanın ənənələrinə uyğun gələn yüksək göstəricilərlə azarkeşlərimizi şad edək. Qoy onları oyunumuzla, nəticələrimizlə sevindirək və birlikdə bizdə hər şey uğurlu alınsın”.

Bənzər xəbərlər