featured-image-30576

Gələn mövsüm İtaliya B seriyasında mübarizə aparacaq “Recina” Alessandro Nestanı baş məşqçi postuna dgətirəcək.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, hazırda komandanın sükanı arxasında olan Aymo Diana iyunun 30-da postunu tərk edəcək.

“Recina” Diananın rəhbərliyi altında B seriyasına qayıtsa da, onu işində saxlamayıblar. Redjo-di- Kalabriyanı təmsil edən klub 2006-cı ilin dünya çempionu ilə razılığa gəlib. Nesta ilə  bir illik müqavilə imzalanacaq.

2014-cü ildə karyerasını başa vuran İtaliya millisinin sabiq üzvü 3 klubda işləyib. O, məşqçilik fəaliyyətinə ABŞ-da “Mayami” komandasında başlayıb. Sonra vətəninə qayıdan Nesta 2017-2018 mövsümündə “Peruca”da çalışıb. Alessandronun son iş yeri B seriyasında “Frozinone” (2019-2021) olub.

ANAR 

Bənzər xəbərlər