featured-image-44856

“Benfika”nın futbolçusu Joau Neveş karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” 19 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

“Qırmızı şeytanlar”ın portuqaliyalı oyunçu üçün 100 milyon funt-sterlinqdən çox ödəyə biləcəyi vurğulanıb. Onun keçidində klubun yeni sahibi Cim Ratkliff maraqlıdır.

Qeyd edək ki, “Benfika”nın yetirməsi olan Neveş cari mövsüm 43 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər