featured-image-32113

Neymar Braziliyada ekoloji çirklənməyə görə, böyük məbləğdə cərimə oluna bilər. Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, bu barədə Rio-de-Janeyro şəhərinin meri məlumat verib.

Mənbənin sözlərinə görə, ulduz futbolçunun Rio-de-Janeyro ştatındakı malikanələrinin birində aparılan işlər zamanı ekoloji qaydalar pozulub.

Bura süni gölün yaradılması üçün çaydan icazəsiz istifadə və su axınının dəyişdirilməsi daxildir. Bundan başqa, PSJ-nin hücumçusu qanunsuz torpaq zəbt etmələri, icazəsiz çimərlik qumundan istifadə də ittiham olunur.

Meriya dəyən ziyanın hesablanmasına başlayıb. Braziliya millisinin üzvü 5 milyon real (təxminən 950 min avro) cərimə oluna bilər.

ANAR

Bənzər xəbərlər