featured-image-70131

Braziliyanın “Santos” klubunun futbolçusu Neymar zədə səbəbindən noyabrın sonunadək yaşıl meydanlardan kənarda qalacaq.

Msport.az xəbər verir ki, bu barədə klubun prezidenti Marselo Teyşeyra açıqlama verib.

Təcrübəli hücumçunun dekabrın əvvəlində, Braziliyada adi mövsüm bitdikdən sonra sıraya dönəcəyi gözlənilir.

Qeyd edək ki, Neymarın “Santos”la hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonunda bitir.

Bənzər xəbərlər