featured-image-24365

Uruqvaylı hücumçu Luis Suares bildirib ki, Neymar “Barselona”da qalsaydı, “Qızıl top”u alardı.

Msport.az xəbər verir ki, vaxtilə Kataloniya klubunda oynamış futbolçu hazırda Braziliyanın “Qremio” komandasında çıxış edir:
“Bu səmimi etirafdır. Mən dediyimin məsuliyyətini başa düşürəm. Əgər Neymar “Barselona”da qalsaydı, şübhəsiz ki, “Qızıl top”u qazanardı. Bu mənim şəxsi fikirimdir”.

Xatırladaq ki, Neymar “Barsa”nı 2017-ci ildə tərk edib. Braziliyalı forvard PSJ-yə 222 milyon avroya keçərək dünya tarixinin ən bahalı futbolçusu olmuşdu.

31 yaşlı Neymar heç vaxt “Qızıl top”u qazanmayıb. Onun Paris klubu ilə müqaviləsi 2025-ci ilə kimidir.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər