featured-image-29921

PSJ-nin futbolçusu Neymar ötən gün İspaniya çempionu olan “Barselona”nın futbolçuları ilə sevincini bölüşüb.

Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, 2013-2017-ci illər aralığında Kataloniya klubunda çıxış edən futbolçu Olimpiya Limanındakı “Karpe Diyem” gecə klubunda keçmiş komanda yoldaşlarıyla çempionluğu qeyd edib.

Braziliyalının yaxşı münasibət saxladığı futbolçular arasında Mark-Andre ter Ştegen, Sergio Buskets, Sergi Roberto və Jordi Albanın olduğu bildirilir.

Qeyd edək ki, “Barselona” La Liqanın 34-cü turunda “Espanyol”a qalib gələrək (4:2) vaxtından əvvəl La Liqa titulunu qazanıb.

Royal Türksoy

Bənzər xəbərlər