Neymar “Barselona”ya qayıda bilər
PSJ-nin utbolçusu Neymar “Barselona”ya qayıda bilər.
Msport.az xəbər verir ki, bu barədə hər iki klubun rəhbərliyiylə əlaqəsi olan şeyx Mabhut Al-Marri açıqlama verib.
Braziliyalı futbolçu artıq sosial şəbəkədəki profillərindən PSJ-nin futbolçusu olması ilə bağlı qeydləri silib.
Daha əvvəl PSJ rəhbərliyinin “Barselona”ya Neymarı mövsüm üçün icarəyə götürməyi təklif etdiyi bildirilirdi. Paris klubu bu təklifi Usman Dembelenin transferiylə bağlı müqavilənin bir hissəsi kimi nəzərdən keçirir.
Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Onun PSJ-yə keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır. Paris klubu braziliyalı hücumçu üçün 222 milyon avro ödəyib.
Royal Türksoy







