featured-image-62266

Qış fasiləsində “Santos”a keçən Neymar yenidən Avropaya qayıda bilər.

Msport.az xəbər verir ki, Braziliya millisinin üzvünün “Barselona”ya dönmək variantı yaranıb.

İspaniya klubunun rəhbərliyi ilə ulduz futbolçunun nümayəndələri arasında mümkün qayıdışla bağlı danışıqlar aparılır. Hazırda yekun qərar verilməyib, lakin transferin baş tutma ehtimalı kifayət qədər real görünür.

Neymar 2026-cı ildəki dünya çempionatına “Barselona”nın heyətində hazırlaşmaq və yenilənmiş “Nou Kamp” stadionunda çıxış etmək imkanına maraq göstərir.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”nın formasını geyinib.

Bənzər xəbərlər