featured-image-30727

Neymar Formula -1 üzrə Monako Qran-Prisinə yollanmaqla PSJ rəhbərliyini özündən çıxarıb.

Msport.az “Goal”a istinadən xəbər verir ki, braziliyalı futbolçu komanda ilə birgə “Starsburq”la oyuna (1:1) getməyib. Həmin matçdakı bərabərlik sayəsində Paris klubu çempionluğunu rəsmiləşdirib. Neymar həmin vaxt Formula – 1 yarışına yollanıb.

“L`Equipe” nəşrinin məlumatına görə, bunu eşidən PSJ rəsmiləri çox pis reaksiya veriblər və “təxribat” adlandırıblar.

Qeyd edək ki, bir müddət əvvəl Braziliya millisinin üzvünün “Mançester Yunayted”ə keçə biləcəyi haqda xəbər yayılmışdı.

ANAR

 

 

 

Bənzər xəbərlər