featured-image-39252

Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar əməliyyat olunub.

Msport.az xəbər verir ki, 31 yaşlı hücumçu bu barədə instaqram hesabında paylaşım edib.

Braziliyalı oyunçu ona dəstək olanlara təşəkkür edib: “İndi diqqətimi sağalmağa yönəldəcəyəm”.

Neymar oktyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) ciddi zədə alıb. Forvardın sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub. Onun bərpası 6 aydan çox çəkəcək.

Qeyd edək ki, Neymar bu yay Fransa klubu PSJ-dən “Əl-Hilal”a keçib. O, yeni komandanın heyətində 5 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər